Qlobal hüquq şirkətlərindən biri olan Norton Rose Fulbright kreditorlar konsorsiumuna Çoxtərəfli İnvestisiyanın Qarantiyası Agentliyi (bundan sonra “MIGA”) üzrə maliyyələşdirmə barədə hüquqi rəy vermişdir.1 Kreditorlar sırasına AKA Bank, City Bank, Societe Generale, Credit Agricole CIB, ING, LBBW və Santander kimi şirkətlər daxildir.

Borcalan – Cənub Qaz Dəhlizi QSC bunu Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) ilə əlaqədar maliyyələşdirmə üçün istifadə edəcəkdir. TANAP Cənub Qaz Dəhlizinin bir hissəsi olmaqla Gürcüstan və Turkiyə ərazisindən keçərək Avropanı Azərbaycan qazı ilə təmin edəcək 40 milyard ABŞ dolları dəyərində olan bir layihədir.2 Boru kəmərinin 1850 kilometr uzunluğunda olması gözlənilir.

Norton Rose Fulbright şirkətinin partnyoru Anthony Morton öz açıqlamasında qeyd etmişdir ki, bu razılaşma MIGA ilə Azərbaycan arasında olan ilk razılaşmadır və MIGA-nın təminatları layihənin maliyyələşməsini təmin etmək baxımından mühüm rol oynayır.

2020-ci ildən başlayaraq bu boru kəmərinin Avropanı hər il 16 milyon m3 qaz ilə təmin etməsi gözlənilir.

Norton Rose Fulbright MIGA-nın maliyyə əməliyyatlarının bütün sahələri üzrə rəy vermişdir.

İstinadlar

  1. Buradan baxın: Norton Rose Fulbright advises on MIGA backed financing investment in the Trans-Anatolian Natural Gas Pipeline (August 17, 2018).
  2. Buradan baxın: Caspain Policy Center, Caspian Weekly Roundup (August 21, 2018).
Nijat Rasulzade

Author Nijat Rasulzade

More posts by Nijat Rasulzade