FaceTime gizli dinləmə işini Apple qazanıb

9 may 2019-ci ildə ABŞ-ın Texas Cənubi Mahal Məhkəməsi bir vəkilin Apple cihazlarında mövcud olan FaceTime proqramındakı xətanın səbəb olduğu dinləmə ilə bağlı iddiası barədə qərar verib.1

Bu ilin əvvələrində Apple cihazlarında tətbiq olunmağa başlayan iOS 12.1 yenilənməsi FaceTime proqramında bir xətaya səbəb olur; sizə FaceTime vasitəsilə qrup zəngi ediləndə zəngi qəbul etməsəniz belə zəng edən tərəf sizi dinləyə bilir, hətta sizin cihazınızın kamerasından video görüntü ala bilir. Vəkil Larry D. Williams-ın iddiasına görə, müştərisi ilə FaceTime zəngi zamanı ona başqa bir FaceTime zəngi edilərkən zəngi qəbul etməsə belə müştərisi ilə danışıqları qarşı tərəfdən dinlənilmiş və beləcə ona ziyan dəymişdir. Proqramdakı bu xətaya görə vəkil Kaliforniya Ştatında qeydiyyatdan keçmiş və baş ofisi də orada yerləşən Apple şirkətini Texasda məhkəməyə verir. Texas məhkəməsinin qərarında məhkəmənin yurisdiksiyası ilə bağlı təhlillər olsa da, qərarın əsas hissəsini xəta barədə təhlil təşkil edir.

Məhkəmə məsələ barədə mövcud Texas hüququnu tətbiq edir və istinad edilən qaydalar digər ştatlarda qüvvədə olmaya da bilər. Ümumiyyətlə isə, xəta barədə iddiaçı ciddi məsuliyyət, səhlənkarlıq, güman edilən və aşkar zəmanətin pozuntusu, aldadıcı və səhlənkarcasına ört-basdır etmə və düzgün təqdim etməmə, eləcə də, əsassız varlanma və digər iddialar irəli sürür.

Məhkəmə xəta barədə iddiaların heç birini qəbul etmir. Səbəb kimi isə onu göstərir ki, iddiaçı gətirdiyi dəlilləri faktlarla lazım olan səviyyədə əsaslandıra bilmir; bu da o demək olur ki, məntiqli iddianı əsaslandırmaq üçün “cavabdeh qanunsuzcasına mənə ziyan vurub iddiası” kifayət deyil.

Məsələn, ciddi məsuliyyət iddiası üçün mövcud qaydanın təhlilinə baxaq. Belə bir məsuliyyət üçün bu tələblərin qarşılanması lazımdır: (1) məhsulun ağlasığmazcasına təhlükəli olacaq şəkildə qüsurlu hazırlanması, (2) daha təhlükəsiz dizaynın mövcud olması və (3) qüsurun kompensasiya edilməsi istənilən ziyana səbəb olması. Məhkəməyə görə, iddiaçı alternativ dizaynın mövcud olması barədə fakt təqdim etməmişdir və bununla bağlı sadəcə nəticəvi məlumat təqdim etmişdir. Bundan əlavə, məhsulun adi istifadəsi nəticəsində üçüncü tərəfdən dinlənə bilinməsinin “ağlasığmaz” olması haqqında da iddiaçı fakt təqdim edə bilməmişdir. Başqa sözlə, iddiaçı yenə də sadəcə nəticəvi iddia irəli sürmüş və ziyanın əslində necə baş verməsini izah etməmişdir. İddiaçının digər iddiaları da oxşar əsaslandırma ilə qəbul edilməmişdir.

Qərardan görünən odur ki, məhsulla bağlı məsuliyyət iddialarında yüksək standart tətbiq olunur. Lakin nəzərə alsaq ki, milyonlarla Apple istifadəçisi var, cavabdehin belə yüksək standarta görə məsuliyyətdən yayınması da düzgün görünmür.

Lüğət indeksinə qayıt

 


Dəyişiklik təklifiniz var?

[contact-form-7 404 "Not Found"]

İstinadlar və izahlar

  1. Williams v. Apple Inc. et al., case number 4:19-cv-00782.
Oxşar paylaşımlar