Özbəkistan Respublikasının Prezidentinin 15 may 2019-cu il tarixli fərmanı ilə bir sıra dövlət orqanlarına Nəvai Azad İqtisadi Zonasında xüsusi hüquqi rejimin tətbiqi barədə təkliflər hazırlanmasını tapşırıb. Təkliflərin beynəlxalq ekspertlərlə birgə hazırlanması, bunun üçün ingilis hüququnun standart, prinsip və normalarının əsas alınmasını və zonadakı kargüzarlıqda ingilis dilinin işlənməsi də tapşırığa əlavə edilib.

Bu vaxta qədər MDB-də Belarus və Qazaxıstanda da oxşar yol izlənilmişdir. Belə ki, son iki ildə Belarus Yüksək Texnologiyalar Parkı layihəsinin, Qazaxıstan isə Astana Beynəlxalq Maliyyə Mərkəzi layihəsinin hüquqi rejimində ingilis hüquq instutlarından istifadə etməyə başlamışdır. Özbəkistan da yuxarıda qeyd edilən fərmanla MDB-də bunu edən üçüncü dövlət olur.

Azərbaycanda da xüsusi rejimli zona olaraq düşünülmüş Ələt azad iqtisadi zonası yerləşsə də, buranın hüquqi rejimi hələ ki qurulmaqdadır. Ələt azad iqtisadi zonası haqqında Azərbaycan Respublikasının Qanunu 5 iyun 2018-ci ildə qüvvəyə minmişdir. Qanuna və Qanunun tətbiqi barədə fərmana görə Azad Zona səlahiyyətli qurumunu yaradılır ki, həmin qurum da Azad Zona daxili qaydalarını müəyyən edir. Azad Zona daxili qaydaları isə bir növ zonada xüsusi hüquqi rejim formalaşdırır. Belə qaydalar yaradılarkən ingilis hüquq institutlarından istifadə olunması gözlənilə bilər. Ümumiyyətlə, ingilis hüququ sahibkarlığın inkişafı baxımından əlverişli və flektiv institutlara malikdir.

Mehran Amirli

Author Mehran Amirli

Mehran hazırda bir dəniz qazma şirkətində hüquqşünas kimi çalışır və ixtisaslaşdığı sahələr korporativ, kommersiya, enerji və maliyyə hüququdur. O, Bakı Dövlət Universiteti Hüquq fakültəsindən 2017-ci ildə məzun olmuş və təhsil aldığı dövrdə Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalının Baş Redaktoru olmuşdur. O, həmçinin Philip C. Jessup Beynəlxalq Məhkəmə Müsabiqəsinin Azərbaycan üzrə Administratoru və həmin Müsabiqənin beynəlxalq raundlarının hakimidir.

More posts by Mehran Amirli