Briefly: The Law Blog

Azərbaycan Korporativ (Şirkətlər) Hüququ - Kitab

2014-cü ildə ABŞ Tələbələri Asosiasiyasının dəstəyi ilə, koporativ hüquq fənni üzrə kitabın nəşrinə nail oldu. Bu kitab korporativ (hüquqi şəxslər) hüquq üzrə Azərbaycan dilində və yerli hüquqa aid ilk kitabdır. Kitabda hüquqi şəxslərin əsasında duran fundamental prinsiplər və vacib tətbiqi məsələlər barədə məlumat verilir.

Kitabın nəşrindən sonra qanunvericilikdə bir sıra dəyişikliklər olmasına baxmayaraq, kitabda əhatə olunan bir çox məsələlər öz aktuallığını saxlayır. Lakin, kitabı nəzərdən keçirərkən korporativ və qiymətli kağızlar bazarı qanunvericiliklərinə edilmiş son dəyişiklikləri nəzərə almağınız tövsiyə olunur.

Kitab, korporativ hüquq sahəsində çalışan hüquqşünaslara, hüquq tələbələrinə və hüquqi şəxslərin fəaliyyəti barədə öyrənmək istəyən şəxslər üçün nəzərdə tutulubdur.

Kitabın adının üzərində klikləyərək elektron versiyanı yükləyə bilərsiniz: Azərbaycan Korporativ (Şirkətlər) Hüququ

Emin Kərimov

Emin Kərimov 10 ildən yuxarı kommersiya, korporativ hüquq və mülki proses sahələrində çalışır. Əsas ixtisas istiqamətləri, hüquqi şəxslərin fəaliyyəti, korporativ münasibətlərin razılaşdırılması, şirkətlərin (holdinqlərin) yenidəntəşkili, şirkətlərin birləşməsi və alışı (mergers&acquisition), kommersiya əqdləri və kommersiya mübahisələrin həlli sahələridir. Peşəkar fəaliyyəti dövründə müxtəlif (yerli və xarici) şirkətlərin layihələrində hüquqi məsləhətçi olubdur. Emin həmçinin Azərbaycanda hüquq tədris sahəsinədə töhvə verməyə çalışır. BDU Hüquq fakultəsində korporativ hüquq, beynəlxalq xüsusi hüquq, beynəlxalq maliyyə/bank hüququ fənnlərini tədris etmişdir. Bundan əlavə hüquq tələbələrinə və hüquqşünaslara müxtəlif praktiki təlim və seminarlar keçirir. Emin, Azərbaycan Korporativ (Şirkətlər) hüquq kitabının və bir neçə məqalələrin müəllifidir və Bakı Hüquq Juranının təsisçisidir.

Müəllifin bütün yazıları (26) →