Bir müddət əvvəl Birləşmiş Krallıqda, Avropada və ABŞ-da Surrey Universitetinin iki professoru tərəfindən Dabus adlı süni intellektin iki ideyanın ixtiraçısı və patent sahibi kimi tanınması üçün müvafiq qurumlara süni intellektin əvəzinə müraciət olunub.
Dabus adlı süni intellektin özü amerikalı mühəndis Stephen Thaler tərəfindən ixtira olunub. Dabus-un ixtira etdiyi fraktal dizayn istifadə edən qida konteynerinin və ritmlə işarmaq üçün dizayn olunmuş lampanın patentinin alınması üçün müraciət səlahiyyətli qurumlar tərəfindən qəbul edilməyib. Patent ofisləri yeniliklərin yalnız insanlara aid olduğunu bildirdiyi halda, sözügedən professorların fikrincə bu köhnəlmiş bir fikirdir.
Avropa Patent Ofisinin nümayəndəsi bildirib ki, qlobal konsensus budur ki, ixtiraçı sadəcə ixtiranın konsepsiyasına töhfə verən şəxs ola bilər. Lakin texnoloji inkişafın hazırki vəziyyəti göstərir ki, yaxın gələcək üçün süni intellekt insan ixtiraçı tərəfindən istifadə olunan alətdir və bu sahədə hər hansı dəyişikliyin patent hüququnu aşan nəticələri olar.
Birləşmiş Krallığın patent qanunvericiliyi hazırda ixtiraçının insan olmasını tələb edir. Lakin Əqli Mülkiyyət Ofisi bildirib ki, bu problemdən xəbərdardırlar.1
Bundan əlavə, ABŞ-ın Patent və Əmtəə Nişanı Ofisi süni intellekt ixtiralarının patentləşdirilməsi ilə bağlı ictimai şərh üçün bildiriş yayınlayıb. Bildirişdə əhatə olunan suallara “süni intellekt ixtirası”nın anlayışı, hansı hallarda insanın süni intellektin ixtirasının ixtiraçısı kimi müəyyən olunacağı və hazırki patent qanunlarının əhatə dairəsi ilə bağlı suallar daxildir.2
İstinadlar və izahlar
- Daha ətraflı məlumat üçün: https://www.bbc.com/news/technology-49191645
- Daha ətraflı məlumat üçün: http://www.ippromagazine.com/ippromagazinenews/article.php?article_id=7043