İş vaxtından artıq işlər milli qanunvericilikdə necə tənzimlənir?

Bir çox müəssisələrdə görülən işlər əsas iş vaxtından artıq saatlarda (“overtime”) çalışmağı zəruri edir. Azərbaycan Respublikasında iş vaxtından artıq işlər əsas əmək qanunvericiliyi aktı olan Azərbaycan Respublikasının Əmək Məcəlləsi (ARƏM)  ilə tənzimlənir. Azərbaycan Respublikasının əmək qanunvericiliyində yalnız bir növ vaxtından artıq iş növü, yalnız işçinin razılığının zəruri olduğu hal fərqləndirilir.

İş vaxtının rejimi, xüsusən iş vaxtından artıq iş ARƏM-in XIV fəslinin eyniadlı 99-101-ci maddələri ilə tənzimlənir. 99-cu maddə iş vaxtından artıq işə cəlb olunmanın ümumi qaydasını müəyyən edir. Həmin maddəyə əsasən, iş vaxtından artıq işə cəlb olunmanın mümkün olması üçün iki tərkib element, işəgötürənin əmri (və ya müvafiq qərarı) və işçinin razılığı mövcud olmalıdır. Bu tərkib elementlərin vəhdət şəklində mövcud olması zəruriliyi 99.1-ci maddənin tələbindən irəli gəlir. Sözügedən bəndin tələbini həmin maddənin ikinci bəndində göstərilən hala tətbiq etdikdə müəyyən dərəcədə məntiqə uyğun olmayan nəticə alınır. 99.2-ci maddə əlavə iş vaxtına cəlb etmənin digər halını müəyyən edir:

“Təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, hərbi vəziyyət rejiminin təmin edilməsi, habelə tezkorlanan malların itkisinin qarşısını almaq məqsədi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydalara (Alt xətt əlavə edilmişdir) əməl olunmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir.”

Əgər ARƏM-in 99.1-ci maddəsinin tələbi bu hala tətbiq edilərsə, o zaman fövqəladə hadisə, hərbi vəziyyət və s. zamanı işçinin yazılı razılığı olmalıdır.

Digər ölkələrin əmək qanunvericiliyinə nəzər yetirdikdə iş vaxtından artıq işləri tənzim edən bənzər normalara rast gəlmək mümkündür. Məsələn, Rusiya Federasiyasının Əmək Məcəlləsində (RFƏM) bu məsələ 99-cu maddə ilə tənzimlənmişdir. Lakin RFƏM ARƏM-dən fərqli olaraq iş vaxtından artıq işə cəlb olunmanın iki halını, müvafiq olaraq 1) işçinin razılığının zəruri olduğu hallar2) işəgötürənin əmrinin yetərli olduğu halları müəyyən etmişdir. İşçinin razılığının zəruri olmadığı 3 hal nəzərdə tutulmuşdur:

  • təbii fəlakətin, istehsalat qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırılması;
  • isitmə, su, qaz və elektrik təchizatı, kanalizasiya, rabitə xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırılması;
  • fövqəladə və ya hərbi vəziyyətin elan olunması, habelə digər fəlakətin qarşısını almaq üçün zəruri olan hallar.

Digər bütün hallarda RFƏM işçinin və ya həmkarlar ittifaqının razılığını tələb edir. Maraqlı fakt odur ki, RFƏM-də işçinin razılığı tələb olunmayan hallar ARƏM 101-ci maddəsində göstərilən qanunun dili ilə desək iş vaxtından artıq işlərə yol verilən müstəsna hallar ilə bənzərlik təşkil edir. Lakin yeganə fərqli cəhət ARƏM-də bu hallarda işçinin razılığını istisna edən müddəa mövcud olmadığı üçün 99.1-ci maddənin ümumi qaydası tətbiq olunur. Nəticə olaraq, bu hallarda belə işçinin razılığı zəruri olur.

Lüğət indeksinə qayıt

 


Dəyişiklik təklifiniz var?

[contact-form-7 404 "Not Found"]

Oxşar paylaşımlar