2011 oktyabr-noyabr aylarında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “İnvestisiya Fondları – əlavə sərmayə vasitəsi” adlı məqalə müsabiqəsi elan etmişdir.
İnvestisiya fonlarına (mutual fonds) olan marağımdan irəli qələrəkbu mövzu ilə bağlı öz fikrimi bildirək istədim. Əslində ümid edirdim ki, iştrakçılar arasında hüquqşünasları, maliyyəçilər, qiymətli kağızlar üzrə peşəkarlar olacaq. Ancaq təəsüf ki, mövzu ilə bağlı məqalə təqdim edənlərin əksərriyətini yalnız jurnalistlər oldu. Sözsüz, bu maliyyə alətinin mediyada işıqladırılması vacibdir lakin eyni zamanda düşünürəm ki, bu cür mövcuların müzakirəsində hüquqşünasların iştirakı da çox vacibdir.
Tərəfimdən təqdim edilmiş məqalə isə budur:
İnvestisiya fondları – Azərbaycan maliyyə bazarında yeni alət
İnvestisiya fondları inkişaf etmiş ölkələrin və bir çox inkişaf edən öklələrinin iqdisadiyyatlarının vacib hissəsini təşkil edir. Məhz daxili imkanlardan istifadə edərək ölkədə daxilində biznesin gücləndilirməsində kollektiv investisiyalar vacib rol oynayır. Kollektiv invstorlar – pul vəsaitlərinin cəlb edən və onları vahid maliyyə puluna (pool) birləşdirmək üçün fəaliyyət göstərirlər. Bu vəsaitlər sonradan, qəlir götürmək məqsədi ilə idarə olunur (qiymətli kağızlar bazarında yerləşdirilir, daşınmaz əmlaka yatırılır). Lakin kollektiv investisiya bazarın mexanizmlərinin inkişafı, onların fəaliyyətini tənzimləyən və vahid iş prinsipləri ilə təmin edən qanunvericilik bazasız mümkün deyil. Azərbaycanda kollektiv investisiyaların inkişafını ilk olaraq 90-cı illərdə başlayan dövlət əmlakının özəlləşdirilməsi prosesi ilə əlaqəlandirmək olar. O zaman özəlləşdirmə prosesinin qarşısında qoyulan məsələlərdən biri məhz ölkədə fond bazarının formalaşdırılması idi, lakin dövlət müəssisələrinin özəlləşdirilməsində tələskənlik bir çox məqsədlərin nail olmasını əngəllətdi.
Kütləvi özəlləşdirmənin müşayyət edən digər hall, o zaman bazarda bir sıra “maliyyə şirkətlərin” yaranması idi, məsələn Vahid Bank, MMM (Rusiyada). İlk baxışdan onların fəaliyyəti investisiya fondlarının fəaliyyətinə oxşasada, onların təklif etdiyi və göstərdikləri xidmətlər investisiya xidmətləri hesab etmək mümkün deyil. Beləki, əhalidə olan pul vəsaitlərini, istehsalat müəssisələrin qiymətli kağızlarına yatırım etmək yolu həmin müəssisələrin istehsalat kapitalına yönəldilməsi, qeyd olunan “maliyyə qurumlarının” məqsədi deyildir. Bu “qurumların” fəaliyyətinin nəticəsi hamıya məlumdur. Nəticədə fərdi investorların maliyyə bazarının alətlərinə vəsaitlərinin yerləşdirilməsinə iman və etibarları itdi və bu öz növbəsində bazarın infrastrukturunun inkişafına stimulum olmaması ilə nəticələndi.
Bu kimi mənfi hallar təəsüf ki iqdisadiyyatın maliyyə sektorlarının inkişafında iz qoydu. Əhalinin bir çox hissəsinin maliyyə qurumlarına etibarı azaldı. Hətta indiki zamanda bir çox insanlar öz maliyyə vəsaitlərinin maliyyə qurumlarına etibar etmək ideyasına tərəddüdlə yanaşırlar.
İnvestisiya fondların baxımından həmin şəxslər potensial investorlar hesab edilir, beləki məhz kiçik və orta investorların vəsaitlərinin tomplanılması nəticləsində yaranan iri maliyyə vəsaitləri daxili biznesə müsbət təsir göstərmək imkanına malikdir. Belə olan halda dövlətin investisiya sahəsində əsas vəzifəsi ilk növbədə investisiya aktivliyinin artması üçün (faydalı) əlverişli mühitin yaradılmasıdır. Fərdi investorlara aid prinsip isə – onların fəaliyyətinə qarışmamaq, onların investisiya aktivliyini artırmaq və yerləşdirilən vəsaitlərin qorunması üçün zəruri qanunvericilik bazasını formalaşmasına və inkişafına dəstək göstərməkdir.
Demək olar ki, hazırda Azərbaycanda kollektiv investisiya prosesini tənzimləyən normativ bazanın əsasları formalaşıb. Məhz bu normativ bazanın çırçivəsində investisiya fondları fəaliyyət göstərir. Fond bazarı ilk növbədə maliyyə investisiyaları sahəsi hesab edilir, bu sahədə gəlirlər təsərrüfat subyektlərinin istehsal etdiyi məhsulların və göstərdikləri xidmətlər vasitəsi ilə deyil, qiymətli kağızların dövriyyə prosesində kotirovkaların fərqlərindən əmələ gəlir.
Hazırda bir neçə milyard manatlıq azad vəsait ölkə əhalisinin əllərində yerləşir və ölkə daxilində kapitalın yüksək etbarlı yerləşdirilmə imkanları olmadığından bu vəsaitlər xaricə çıxarıla bilər. Mövcud vəziyyətdə bu vəsaitlərin iqdisadiyatın gücləndirilməsi üçün “işləməsi” üçün yönəldilməsi çox vacibdir.
Dünya təcrübəsində investisiya fondlarının formalaşmasına dair çətin və ziddiyyətli təcrübələrin olmasına baxmayaraq, onlar əhalidə olan azad vəsaitlərin iqdisadiyyatın real sektoruna istiqamətləndirilməsi üçün əsas institutlardan biri hesab edilir. İnvestisiya Fondların effektiv mexanizm olaraq, əhalinin qeniş təbəqələrinə və sahibkarlara öz resurslarının peşakar idarəedilməsinə imkan yaradır, həmçinin investisiya risk və zərərlərini azaltmağa və maliyyə yatırımların diversifikasiya etməyə imkan verir.
İstənilən dövlət bazar iqdisadiyatına keçdikdə, inkişaf üçün maliyyə vəsaitlərin cəlb edilməsi məsələsi ilə qarşılaşır. Sözsüz ki, xarici investisiyaların cəlb edilməsi təcrübədə geniş istifadə olunur, lakin xarici investorlar müəyyən iqdisadi və siyasi səbəblərə görə inkişaf edən ölkələrə investisiyaların yerləşdirilməsinə skeptik yanaşırlar. Həmçinin nəzərə almaq lazımdır ki, bu proses uzun vaxt apara bilər. Belə olan halda zəruri maliyyələşdirməni ölkədaxili mənbələrdən əldə edilməsi məsələsi daha da aktuallaşır. Beləliklə görürük ki, ölkədaxili investisiya imkanlarından istifadə etmək üçün və sərbəst maliyyə imkanlarından səmərəli istifadə edilməsi üçün kollektiv investisiyalar bazarının inkişafını dəstəkləmək zəruridir.
Məlumdur ki, ölkə əhalisinin bir çox hissəsi üçün vəsaitlərinin artırılması üçün maliyyə bazarının imkanlarından istifadə etməsi əlçatmazdır. Belə ki, maliyyə bazarının üstünlükləri ilə yanaşı, nəzərə almaq lazımdır ki, bu sahədə fəaliyyət göstərilməsi yüksək peşəkarlıq tələb edir. Eyni zamanda böyük maliyyə və vaxt sərfiyyatı ilə yanaşı, bazar haqqında mövcud olan məlumatla işləmək və təhlil etmək bacarığı tələb olunur. Məhz bu xüsusiyyətləri nəzərə alaraq, investisiya fondlarını cəlb edici maliyyə aləri hesab etmək olar.
Hazirki qanunvericilik investisiya fondlarının iki əsas formada təşkil olunmasını nəzərdə tutur, bu səhmdar investisiya fondu (SİF) və paylı investisiya fondu (PİF). SİF–lərin əsas fərqləndirən xüsusiyyət onların hüquqi şəxs olmaqla yanaşı açıq səhmdar cəmiyyəti formasında təşkil edilməsidir. SİF-lər yalnız adi adlı səhmlər buraxa bilərlər və digər sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzlər.
PİF-lər kollektiv investisiya formasıdır. PİF-lərdə peşəkar idarəçilər, gəlir götürmək məqsədi ilə payçıların vəsaitlərini qiymətli kağızlara, daşınmaz əmlaka və digər icazə verilən layihələrə yerləşdirmək imkanına malikdirlər. Bütün investisiyalar fondun investisiya bəyannaməsinə və qaydalara dəqiq rəayyət olunmaqla həyata keçirilir. PİF-lərin xarici analoqları kimi, qarşılıqlı fondları (mutual funds) hesab etmək olar.
PİF-lərdə kiçik maliyyə yatırımları iri məbləğə toplanaraq mütəxəsislərin idarəetməsinə verilir. Düzgün idarəetmə nəticəsində fondun aktivlərinin dəyəri artır və nəticədə payların qiyməti artır (əks halda isə qiymət düşür). Beləliklə, investor öz payını yeni qiymətə sataraq qəlir əldə edə bilər, idarəçi isə aktivlərin dəyərindən müəyyən faizlər əldə edir.
Beləliklə, yuxarıdakı məlumatda irəli gələrək aydın olur ki, investisiya fondları öz təşkilatı-hüquqi formasına görə, korporativ investisiya fondlarına və paylı investisiya fondlarına bölünür. Fəaliyyətindən asılı olaraq isə korporativ və paylı fondlar – açıq, qapalı və interval investisiya fondlarına bölünür.
Sıravı investorlara bu fərqləri anlamaq üçün ilk növbədə korporativ və paylı investisiya fondları arasındakı əsas fərqləri nəzərdən keçirək.
Xüsussiyətlər |
Korporativ investisiya fondu | Paylı investisiya fondu |
Təşkilati-hüququ forması |
Hüquqi şəxs hesab edilir və açıq səhmdar cəmiyyəti formasında yaradılır. |
Hüquqi şəxs hesab edilmir və aktivlər ümumi paylı mülkiyyət hüququ əsasında investorlara məxsusdur. |
Fərdi investorların (əmanətçilərin) fondun idarəetməsində iştirak imkanı |
Mövcuddur. İdarəetmə orqanları kimi – ümumi yığıncaq və direktorlar şurası çıxış edir. | Mövcud deyil. |
Fondun iştirakçısı kim ola bilər? |
Fiziki və hüquqi şəxslər |
Fiziki və hüquqi şəxslər |
Hansı qiymətli kağızları buraxır |
Adi adlı səhmlər |
Sənədsiz adlı qiymətli kağız hesab edilən pay |
Dividend almaq imkanı | Var (emitent – SİF) |
Nəzərdə tutulduğu halda var |
Bu cədvələ isə, açıq, interval və qapalı paylı investisiya fondların xüsusiyyətləri göstərilir.
Xüsusiyyətlər |
Açıq paylı investisiya fondu | İnterval paylı investisiya fondu |
Qapalı paylı investisiya fondu |
Qiymətli kağızların qeri alınması |
Sifariş fondun qaydaları ilə nəzərdə tutulmuş müddətdə, lakin Həftədə bir dəfədən az olmamaq şərti ilə | İldə bir dəfədən az olmayaraq |
İnvestisiya fondun fəaliyyət müddəti bitdikdə. |
Fəaliyyət müddəti |
Müddətli və müddətsiz ola bilərlər. |
Yalnız müddətli ola bilərlər |
|
Aktivlərin strukturu |
Pul vəsaitləri və qiymətli kağızlar | Pul vəsaitləri və qiymətli kağızlar |
Pul vəsaitləri, qiymətli kağızlar və daşınmaz əmlak |
Xalis aktivlərin dəyərinin müəyyən edilməsi |
Həftədə azı bir dəfə, payların satışı və geri satın alınması üzrə sifarişlərin qəbulu müddətinin başa çatdığı gün | Ayda bir dəfə, habelə payların satışı və geri satın alınması üzrə sifarişlərin qəbulu müddətinin başa çatdığı gün |
Fondun ləğvi ilə bağlı payların geri satın alınması halında, müvafiq sifarişlərin qəbulunun başlandığı gün |
Beynəlxalq təcrübədə geniş istifasdə olunan (korporativ və paylı) investisiya fondlarının Azərbaycanda fəaliyyət göstərməsi üçün qanunvericilik bazası artıq formalaşdırılıb. Qeyd olunduğu kimi, İnvestisiya Fondları haqqında qanuna əsasən PİF-lər hüquqi şəxs olmayan əmlka kompleksi hesab edilir. Fondun əmlakı idarəetməsi etibarlı idarəetmə əsasında peşəkar idarəçilər tərəfindən həyata keçirilir və investorun fonda yatırdığı sərmayə investisiya payı hesab edilir. Pay adlı qiymətli kağız olaraq, investora onun payının qeri alınmasını tələb etmək hüququnu verir. Geri alınma tarixinə olan fondun əmlakının qiymətindən irəli gələrək və payına uyğun pul vəsaitini əldə etmək imkanını verir. İnvestisiya paylarının bütün sahibləri bərabər hüquqa malikdirlər. Paylar sənədsiz formada buraxılırlar və ayrı qayda nəzərdə tutlmadığı halda paylara dividend hesablanmır və payların əsasında törəmə kağızların buraxılması qadağandır.
Fondların təşkilatı strukturu helə təşkil olunub ki, idarəçilər tərəfindən sui-istifasdələrin qarşısını almaq mümkün olsun. Belə struktur və dövlət tərəfindən (QKDK) sərt nəzarət, hesabatlığı dair ciddi tələblərdə daxil olmaqla fondların bütün fəaliyyətlərinin şəffaflığını təmin edir.
İnvestorların hüquqlarının müdafiəsi
Payçıların hüququları “İnvestisiya Fondlar haqqında” Qanun və digər normativ aktlarla qorunun. Fondların vəsaitlərinin idarəedilməsinə və yaranmasına Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi nəzarət edir və;
- öz gəraları ilə fondların fəaliyyətinin standartlarını və normativlərini yaradır;
- idarəçi şirkətlərə və fond bazarının digər iştirakçılarına lisenziya verir və fondların qeydiyyatını həyata keçirir.
Əlavə olaraq QKDK bu sahədə olan beynəlxalq təcrübədən istifadə edərək, müvafiq aktlar və qərarlarla fondların aktivlərinin tərkibinə və strukturuna aid məhdudiyyətlərin müəyyən edilməsi sahəsində işlərin görür, mütəmaddi hesabatlığa və investorlara məlumatın açıqlanmasına dair sərt tələblər müəyyən edir.
QKDK-nin və fondun qaydaları pozulduqda Komitə lisenziyanı (geri çağıraraq) ləğv edərək fondun aktivlərini digər idarəçinin idarəetməsinə verə bilər. Həmçinin vəsaitlərin payçılara ödənilməsi ilə fondu ləğv edilməsi haqqında qərar qəbul edə bilər.
İdarəçi (şirkət) idarəetmə nəticəsində əmələ qələn öhdəliklərə görə məsuliyyət daşıyır. Fondun vəsaitlərinin uçptu, saxlanması və idarə olunması ilə bağlı funksiyalar müstəqil strukturlar arasında bölünür – idarəçi və depozitar. Bu cür sxem depoziyarın razılığı olmadan idarəçi tərəfindən aktivlərin əldə edilməsini və ya fondan çıxarılmasını qarşısını alacaq. İdarəçi tərəfindən uçotun və hesabatlığın düzğünlüyünü auditor yoxlayır. Əmlakın dəyərinin qiymətləndirilməsi (ümumi qəbul edilmiş kotirovkala malik olan qiymətli kağızlar istisna olmaqla) müstəqil qiymətləndirici tərəfindən həyata keçirilir.
İnvestisiya fondlarının fəaliyyətinin tənzimlənməsində və investorların hüquqlarının müdafiəsində digə vacib rolu “Qiymətli kağızlar bazarında investorların hüquqlarının qorunması haqqında” Qanun oynayır.
Sonda, investisiya fəaliyyətinin növlərindən biri olan investisita fondlarının aşağıdakı üstünlüklərini qeyd etmək olar;
Risklərin diversifikasiyası. Yalnız bir şirkətin səhmlərinə sahib olması böyük risklərlə bağlıdır. Bələ bir şirkətin işləri pişləşdiyi halda və iflasa uğrasa investor bütün yatırımlarını itirə bilər. İnvestisiya portfelinin formalaşdırılması, yanı vəsaitlərin müxtləlif şirkətlərin qiymətli kağızlarına yerləşdirilməsi risklərin diversifikasiyasını təmin edir. Hər hansi bir şirkətin vəziyyətinin pisləşməsi, yaxşı diversifikasiya olunmuş investisiya portfelinə o gədərdə mənfi təəsir etmir. İnvestisiya fondları öz portfellərində onlarla və yüzlərlə müxtəlif şirkətlərin qiymətli kağızlarını saxlayırlar. Diversifikasiya olunmuş portfellər, hətta bir neçə şirkətin səhmlərinin kotirovkaları düşdükdə belə, yaxşı vəziyyətdə qala bilərlər. Peşəkar idarəetmə. Sıravi investorlar üçün investisiya portfelinin formalaşdırması üçün zəruri qiymətli kağızları seçmək çətin prosesdir, bu səbəbdən bütün dünyada vəsaitlərin (yatırımların) peşəkarların idarəetməsinə verilmə tendensiyası artır. Fondlar idarəçinin peşəkar personalı tərəfindən idarə olunur. İdarəcilərin işi ümümi əldə edilən gəlirin həcminə uyğun qiymətləndirilir və bu onları maksimal keyfiyyətli xidmət göstərməyə stimullaşdırır.
İnvestorların maraqlarının qorunması sistemi. İnvestorların maraqlarının qorunması fondun təşkiları strukturu ilə təmin edilir – biri-birindən asılı olmayan (müstəqil) idarəçi və ixtisaslaşdırılmış depozitar. İdarəçi şirkət iflas olduğu halda belə, kreditorların tələbi fondun vəsaitlərindən ödənilə bilməz. Bu sxem payçılara, idarəçini maliyyə vəziyyəti pisləşdiyi halda, maksimal müdafiəni təmin edir.
Payların likvidliyi. Fondların payları sadə və tez alınıb-satıla bilən alətlərdən ibarət olur. İnvestisiya fondlarının yaranmasının əsas məqsədi məhz payçılara investisiya paylarının alqı-satqısına imkan yaratmaqdan ibarətdir. Bununla, payların likvidliyi təmin edilir və payçılar öz paylarının dəyərlərinin əvəzini rahat ala bilirlər.
Güzəştli verqiqoyma. PİF-lər hüquqi şəxs olmadığından mənfəət vergisi ödəyicisi hesab edilmirlər. Beləliklə fondun əmlakının artmasına (həmçinin dividend və faizlər formasında) mənfəət vergisinin tələbləri şamil edilmir.
Dövlər tənzimlənməsi. İnvestisiya fondlarına xidmət göstərən şəxslərin fəaliyyəti lisenziyalaşdırılır və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən tənzimlənir.
Məlumat açıqlığı. İnvestisiya paylarının sahiblərinin tələbi ilə idarəçi və qanunvericiliklə müəyyən edilən digər şəxslər, fondun fəaliyyəti barədə bütün tələb olunan məlumatı təqdim edirlər. Hər maliyyə ilinin nəticələrinə görə bütün mühasibatlıq hesabatları dərc edilir.
Beləliklə, investisiya fondlarının fəaliyyətinin tənzimlənməsinin mövcud mexanizmlərinə nəzər salaraq belə qənaətə gəlmək olar ki, hazırkı mərhələdə uğurlü fəaliyyət üçün kifayyət gədər təkmilləşdirilmiş baza mövcuddur.