Briefly: The Law Blog

Sübutetmə standartı Azərbaycan mülki prosessual məhkəmə təcrübəsində

Sübutetmə standartı Azərbaycan mülki prosessual məhkəmə təcrübəsində (sübutların qiymətləndirilməsi standartı)

Son dövrlərdə prosessual hüquqda sübutetmə standartı anlayışının geniş şəkildə istifadə olunması Azərbaycan mülki prosessual təcrübəsində də öz əksini tapmışdır. Məhz məqalədə əsas etibarilə sübutetmə standartı anlayışı, məhkəmənin həqiqətin müəyyən edilməsində rolu, sübutetmə standartına anqlo-sakson və kontinental hüquq mövqeyindən yanaşma, “sərbəst daxili inam” anlayışı, obyektiv sübutetmə standartında zəruriyyət, Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsində sübutetmə standartının Azərbaycan prosessual hüququna təsiri məsələləri ətraflı şəkildə araşdırılmışdır.

GİRİŞ I. MƏHKƏMƏ HƏQİQƏTİ MÜƏYYƏN EDİR Mİ? II. OBYEKTİV SÜBUTETMƏ STANDARTINA ZƏRURİYYƏT III. SÜBUTETMƏ STANDARTI AZƏRBAYCAN HÜQUQUNDA NƏTİCƏ

Məqalə Bakı Dövlət Ünuversiteti Tələbə Hüquq Jurnalının 2017-ci il 3-cü buraxılışında çap olunmuşdur.

Məqalə ilə bu linkdən tanış ola bilərsiniz http://lr.bsulawss.org/files/archive/volume3/issue1/3BakuStULRev75.pdf?

Emin Kərimov

Emin Kərimov 10 ildən yuxarı kommersiya, korporativ hüquq və mülki proses sahələrində çalışır. Əsas ixtisas istiqamətləri, hüquqi şəxslərin fəaliyyəti, korporativ münasibətlərin razılaşdırılması, şirkətlərin (holdinqlərin) yenidəntəşkili, şirkətlərin birləşməsi və alışı (mergers&acquisition), kommersiya əqdləri və kommersiya mübahisələrin həlli sahələridir. Peşəkar fəaliyyəti dövründə müxtəlif (yerli və xarici) şirkətlərin layihələrində hüquqi məsləhətçi olubdur. Emin həmçinin Azərbaycanda hüquq tədris sahəsinədə töhvə verməyə çalışır. BDU Hüquq fakultəsində korporativ hüquq, beynəlxalq xüsusi hüquq, beynəlxalq maliyyə/bank hüququ fənnlərini tədris etmişdir. Bundan əlavə hüquq tələbələrinə və hüquqşünaslara müxtəlif praktiki təlim və seminarlar keçirir. Emin, Azərbaycan Korporativ (Şirkətlər) hüquq kitabının və bir neçə məqalələrin müəllifidir və Bakı Hüquq Juranının təsisçisidir.

Müəllifin bütün yazıları (26) →