Briefly: The Law Blog

Həqiqət və Hüquq. Mülki hüquqda formal həqiqətin müəyyən edilməsi və sübutların qiymətləndirilməsi standarları

Həqiqətin müəyyən edilməsini məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biridir.  Həqiqətin müəyyənləşdirilməsi prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər var, sübutetmə ilə bağlı problemlər, vaxt məhdudiyyəti, prosessual qənaət prinsipinə riəyyət, sübutetmə vəzifəsinin bölüşdürülməsi və sairlərini aid etmək olar. Eyni zamanda, həqiqətə uyğun olan faktlar müəyyən olunmadıqda hüququn fundamental məqsədlərinə nail olunmur.

Son dövrlərdə prosessual hüquqda sübutetmə standartı anlayışının geniş şəkildə istifadə olunması Azərbaycan mülki prosessual təcrübəsində də öz əksini tapmışdır. Əlavədəki məqaləmdə məhz əsas etibarilə sübutetmə standartı barədə, məhkəmənin həqiqətin müəyyən edilməsində rolu, obyektiv sübutetmə standartında zəruriyyət, Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsində sübutetmə standartının Azərbaycan prosessual hüququna təsiri məsələləri barədə fikirlər irəli sürmüşəm.

Məqaləni yazı üzərində klikləyərək yükləyə bilərsiniz.   Həqiqət və Hüquq. Mülki hüquqda formal həqqət prinsipi

Emin Kərimov

Emin Kərimov 10 ildən yuxarı kommersiya, korporativ hüquq və mülki proses sahələrində çalışır. Əsas ixtisas istiqamətləri, hüquqi şəxslərin fəaliyyəti, korporativ münasibətlərin razılaşdırılması, şirkətlərin (holdinqlərin) yenidəntəşkili, şirkətlərin birləşməsi və alışı (mergers&acquisition), kommersiya əqdləri və kommersiya mübahisələrin həlli sahələridir. Peşəkar fəaliyyəti dövründə müxtəlif (yerli və xarici) şirkətlərin layihələrində hüquqi məsləhətçi olubdur. Emin həmçinin Azərbaycanda hüquq tədris sahəsinədə töhvə verməyə çalışır. BDU Hüquq fakultəsində korporativ hüquq, beynəlxalq xüsusi hüquq, beynəlxalq maliyyə/bank hüququ fənnlərini tədris etmişdir. Bundan əlavə hüquq tələbələrinə və hüquqşünaslara müxtəlif praktiki təlim və seminarlar keçirir. Emin, Azərbaycan Korporativ (Şirkətlər) hüquq kitabının və bir neçə məqalələrin müəllifidir və Bakı Hüquq Juranının təsisçisidir.

Müəllifin bütün yazıları (26) →