Şirkətin direktorlar şurasının üzvləri ilə münasibətlər
Əmək və ya mülki-hüquqi?
Məqalə ilk dəfə Bakı Hüquq Jurnalının 2012 il-də nəşr olunmuşdur
Şirkətlər inkişaf edərək yeni mərhələlərə çıxaraq, korporativ idarəetmə standarlarına tələblərdə artır. Artıq bir çox şirkətlər nəzarət orqanlarının sadəcə kağız üzərində bir nominal qurum kimi deyil, məhz biznesin tələblərinə cavab verə bilən tam funksional bir orqan kimi görmək istəyirlər. Hesab edirəm ki, son zamanlar şirkətlərdə səhmdarlar (iştrakçılar) tərəfindən yaradılan nəzarət orqanlarının fəaliyyətləri güclənir. Bu tendensiya inkişaf etdikcə, yəni nominal roldan daha aktiv fəaliyyətə keçdirkdə, bu orqanların fəaliyyətlərinin düzgün tənzimlənməsi ilə bağlı suallar yaranır. Maraq doğuran suallardan biri, nəzarət orqanı olan direktorlar şurasının üzvləri ilə münasibətlərin tənzimlənməsidır. Bildiyiniz kimi, direkorlar şurası (müşahidə şurası) səhmdar cəmiyyətin fəaliyyəti üzrə ümumi nəzarəti həyata keçirir. Direktorlar şurası üzvləri ümumi yığıncaq tərəfindən seçilir, lakin qanunvericilik, direktorlar şurası və cəmiyyət arasında münasibətlərin rəsmiləşdirilməsi barədə konkret tələb qoymayıb (Ümumi Yığıncağın müvafiq qərarının başqa). Nəticədə bu münasibətlərin təbiəti barədə mübahisələr davam edir, hüquqşünasların bir qismi bu münasibətləri mülki-hüquqi sahəyə aid digərləri isə əmək qanunuvericili ilə tənzimləndiyini vurğulayırlar. Direktorlar şurası və cəmiyyət arasında yaranan münasibətləri hansı hüquq sahəsinə aid edilməsi vergitutma məsələləri üçün də vacibdir. Məhz hansı hüququn tədbiq edilməsindən, şuranın üzvlərinin qəlirlərinin vergitutma məsələri asıllı olacaq.
Əmək müqaviləsi – işəgötürən və işçi arasında razılaşmadır. Bu razılaşmaya əsasən işəgötürən işçiyə Əmək Məcəlləsi və digər müvafiq normalara əsasən müyyən funksiyalar və şərait ilə şərtlənmiş iş təqdim edir və işçi bu razılaşma ilə müəyyən edilən funksiyaları şəxsən icra etmək və qüvvədə olan daxili intizam qaydalarına riayyət etmək öhədəliyini qəbul edir.
Beləliklə, əmək müqaviləsinin əsasə ixtisaslaşdırıcı əlamətləri bunlardır; tərərflərin üzərinə düşən müəyyən edilmiş öhdəliklər, işçi əmək funksiyalarını icra edir, işçiyə əmək haqqı ödənilir, işçi daxili intizam qaydalarına riayyət etməlidir, müqavilədə iş yeri və iş rejimi qöstərilir.
Direktorlar şurasının seçilməsi və səlahiyyətlərinə xitam verilməsi birtərəfli xarakter daşıyır, beləki üzvün seçiləməsi və səlahiyyətlərinə xitam verilməsi tam olaraq ümuni yığıncağın səlahiyyətlərinə aiddir və direktorlar şurasının iradəsindən asıllı deyil. Direktorlar şurası üzvlərinin mükafatlandırma məsələsi Mülki Məcəllə ilə müəyyən edilməyim və Ümumi Yığıncağın müstəsna salahiyyətlərinə aid edilməyib.
Həmçinin, şuranın üzvlərinin seçilməsi və azad edilməsi haqqda normaları nəzərdən keçirəndə aydın olur ki, onlar Əmək Məcəlləsi ilə, işçinin işə qəbul və işdən azad edilmə prosedurlarından fərqlənir. Görünür, direktorlar şurasının üzvlərinə Əmək Məcəlləsi ilə nəzərdə tutulan içdən çıxarılma proseduru tədbiq edilə bilməz, çünki bu münasibətlər tam fərqli normalar ilə tənzimlənir. Beləliklə, zənnimcə bu münasibətləri əmək qanunvericiliyi ilə tənzimlənməsi mümkün deyil və əmək müqaviləsi hesab etmək olmaz. Nəzərə almaq lazımdır ki, səhmdar cəmiyyətin icraetmə orqanı ümumi yığıncağın və direktorlar şurasının qərarlarının icrasını təmin edir və direktorlar şurası icraetmə orqanının qərarlarına tabe olmurlar, lakin əmək müqaviləsinə əsasən işçi işəgötürənin tabeliyində yerləşir.
Direktorlar şurasının səlahiyyətləri, cəmiyyətin gündəlik fəaliyyətini idarə ediən icra orqanin səlahiyyətlərini əvəz etməməlidir. Şuranın səlahiyyətlərinə aid edilən sualların çoxluğuna baxmayaraq bu orqana həddindən artıq tez-tez iclas keçirməyə ehtiyaz olmur, təcrübədə bir çox cəmiyyətlərin dş ayda bir dəfədən çox (fövqəladə yığıncaqları çıxmaq şərti ilə) yığıncaqlar keçirmirlər. Qanunvericilikdə direktorlar şurasının salahiyyətləri kolleqiyal orqan səlahiyyətləri kimi göstərilib, ayrı-ayrı üzvlərin səlahiyyəti kimi deyil. Beləliklə, hər bir üzvün səlahiyyəti müvafiq sənədlərin araşdırılması və iclas zamanı səsverməsi ilə məhdudlaşır. Əgər dş üzvü cəmiyyət adından müəyyən hərəkətləri etmək salahiyyətə malikdirsə, o halda o şəxs direktorlar şurasında üzvlüklə yanaşı çox quman ki həmçinin kolleqial idarəetmə orqanın üzvüdür.
Belə nəticəyə qəlmək olar ki, dş üzvü funksiyalarının icrası xüsusi xərclərin və səylər tələb etmir. Burda, cəmiyyətin daxili intizam qaydalarına tabelik və rəhbər şəxsin göstərişlərinin icrası barədə danışmaq yersiz görünür və beləliklə səhmdar cəmiyyət və diretorlar şurası arasında əmək münasibətlərin olmasını düşünmək üçün əsas yoxdur.
Mülki Məcəlləyə əsasən direktorlar şurası (müşahidə şurası) səhmdar cəmiyyətin idarəetmə orqanlarına aiddir və ümumi yığıncağın səlahiyyətinə aid olan məsələlər istisna olaraq, cəmiyyətin fəaliyyəti üzərində ümumi rəhbərliyi həyata keçirir. Beləliklə direktorlar şurasının fəaliyyəti, şura və cəmiyyət arasında olan münasibətlər mülki qanunvericiliyin normaları ilə tənzimlənir və bu münasibətlər mülkü-hüquqi xarakterli münasibətlər hesab edilir.
MM-in 91.3.2., 91.3.4., 106-1.3.1., 107.1.2., maddəsinsə əsasən cəmiyyətin idarəetmə və nəzarət orqanın səlahiyyətlərin əldə edilməsi üçün əsas onların ümumi yığıncaq tərəfindən seçilməsidir. Beləliklə, direktorlar şurası tərəfindən səlahiyyətlərin əldə edilməsi üçün əsas, onun ümumi yığıncağı tərəfindən seçilmə faktıdır. Şuranın üzvlərinin vəzifədən uzaqlaşdırılması, öz hüquqi təbiyyəti, hüquq münasibətlərinin tənzimlənmə predmeti və hüquqi nəticələri ilə, Əmək məcəlləsinə əsasən işçinin işdən uzadlaşdırılmasından fərqlənir. Zənnimcə, bu səbəbdən direktorlar şurası üzvünün öhdəliklərin icrasından uzaqlaşdırılması məsələsi mülki qanunvericilik tərəfindən tənzimlənir və əmək hüqunun tənzimləmə predmetinə aid deyil.
İdarəetmə orqanların fəaliyyəti ilə bağlı qərarlara əmək hüququ çərçivəsində deyil, cəmiyyət və idarəetmə səlahiyyətləri etibar edilmiş şəxslər arasında yaranan korporativ münasibətləri çərçivəsində baxmaq lazımdır.
Korporativ münasibətlərin təbiyyəti tələb edir ki, cəmiyyətə zərər vuran şəxsin səlahiyyətlərinə, səhmdarlar istənilən vaxt xitam verə bilsinlər. Bu müdafiə forması korporativ hüquqlar daşıyıcılarının, səhmdar cəmiyyət üzərində müəyyən səlahiyyətlərə malik olan şəxslərə qarşı xüsusi hərəkətə hesab edilir və əmək hüququ səthində baxılmamalıdır.
Bununla yanaşı, direktorla şürası və cəmiyyət arasında olan münasibatləri mülki-hüquqi münasibətlərə aid hesab etmək çətindir. Mülki-hüquqi müqavilə, iki və ya çox şəxslərin, hüquq və öhdəliklərin əmələ qəlməsi, dəyişməsi və ya bitməsi haqqda əqddir. Müqavilənın bağlanması üçün iki və ya çox şəxsin iradələrinin razılaşdırılması vacibdir. Bizim nəzərdən keçirdiyimiz məsələdə, yalnız səhmdarların birtərəfli iradəsi baş verir. Beləliklə, cəmiyyət və şura üzvləri arasında münasibətlər müqavilədən irəli qəlmir. Öhdəliklər müqavilədən və həmçinin qanundan əmələ qələ bilər. Mülki Məcəllənin 91.3.2., 91.3.4., 91-1.2., 106-1.3.1., 107.1.2., 107.3. maddələrindən irəli qələrək qeyd etmək olar ki, direktorlar şurasının üzvünün hüquq və öhdəlikləri, qanunla müəyyən edilmiş və direktorlar şurasının səlahiyyətinə aid edilmiş müddəalardan əmələ qəlir. Qanunvericilikdə şuranın üzvlərinə ödəniş məsələsi əks olunmasada, təcrübədə ümumi yığıncaq direktoral şurasının üzvlərinin mükafatlandırılması haqqda qərarlar qəbul edir. Əsasən mükafatlandırma məsələsi ilə əmələ qələn sualların həlli üçün iştirakçılar bir çox halda münasibətləri əmək və ya mülki-hüquq qanunvericiliklə tənzimləməyə çalışırlar.
Bəs, cəmiyyət direktorlar şurasının üzvünə yazılı müqavilə olmadan, mükafat ödəyə bilər?
Sözsüz, yazılı müqavilə olduqda ödənilən mükafatı əsaslandırmaq və və məhsulun maya dəyərinə aid etmək daha asandır. Lakin, yazılı müqavilə olmadıqda, qeyd olunan xərcləri, ümumi yığıncağın müvafiq qərarı ilə əsaslandırmaq mümkündür.
Beləliklə, cəmiyyət direktorlar şurasının üzvünə mükafatı heç bir müqavilə bağlamadan ödəyə bilər və ya müvafiq yazılı müqavilə bağlayır. Bu halda bu müqavilə daha çox mülkü-hüquqi xarkter daşıyacaq. Lakin belə müqavilənin nə qədər zəruri olmasına sualı yaranır. Belə ki, direktorlar şurası üzvünün bütün səlahiyyətləri qanunvericilikdə və səhmadar cəmiyyətin müvafiq əsasnaməsində (Ümumi Yığıncağın qərarında) əks edilir. Nəzərə alsaq ki, müqavilədə, normativ aktlar ilə artıq müəyyən edilmiş şərtlər təkrarlanacaq, o halda qanunla və müvafiq sədənlərlə müəyyən edilən səlahiyyətlərin icrası üçün cəmiyyət və direktorlar şurasının üzvləri arasında müqavilənin bağlanmasına ehtiyac yoxdur.
Cəmiyyətin idarəetmə orqan üzvlərinin seçmək və təyin etmək yolu ilə korporativ hüquqların icrası, həmçinin onların vəzifədən kənarlaşdırmaq və səlahiyyətlərinə xitam vermək məsələsinə aiddir. Beləliklə bu qərarlar əmək hüquq çərçivəsində deyil, korporativ hüquq çərçivəsində baxılmalıdır.
Mülki Məcəllənin 107.1.2 və 107.1.3. maddəsində qeyd edilən “səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək” ifadəsi ümumi yığıncağ tərəfindən cəmiyyətlə korporativ münasibətlərdə olan idarəetmə orqanlarının fəaliyyətinə tez reaksiya vermək üçün nəzərdə tutulub. Belə normanın zəruriyyəti, idarəetmə və nəzarət orqan üzvünün spesifik statusu ilə bağlıdır.
Korporativ münasibətlərin təbiyyəti tələb edir ki, cəmiyyətin maraqlarına zərər vuran şəxsin (direktorlar şurasının üzvü) fəaliyyətinə, iştirakçılar (səhmdarlar) operativ reaksiya verərək onların səlahiyyətlərinə xitam versinlər. Bunu nəzərə alaraq, Mülki Məcəllənin 107.1.2. maddəsini ümimi yığıncağın, istənilən vaxt idarəetmə və nəzarət orqanın üzvünü səlahiyyətlərindən uzaqlaşdırmaq məsələsinə, korporativ hüquq çərçivəsində yanaşmaq lazımdır.