Dünya Bankı dünyada ilk blokçeyn istiqrazlarını emissiya edir
Dünya Bankı paylayıcı qeydiyyat texnologiyasından (və ya blokçeyndən) istifadə etməklə dünyada ilk istiqrazı emissiya edir. DB emissiyanın idarəedicisi kimi Commonwealth Bank of Australia-nı təyin edib. “Bond-i” adlandırılan istiqrazlar (“blockchain offered new debt instrument” sözlərinin akronimi; tərcümə: “blokçeyn təklifli yeni borc aləti”) Avstraliyada emissiya olunacaq.1Press Release, World Bank Mandates Commonwealth Bank of Australia for World’s First Blockchain Bond (August 9, 2018)
Blokçeynin maliyyə sahəsində inqilabi dəyişikliklər edəcəyi gözləniləndir. Dünya Bankının bu təşəbbüsü də bunun göstəricilərindən biridir. Lakin əksər dövlətlərin hüququ hələ də belə formatda qiymətli kağız emissiyasına adekvat deyil. Məsələn, Azərbaycanda istiqrazlar Maliyyə Bazarlarına Nəzarət Palatasında qeydiyyata alınmalı və istiqrazların kütləvi təklifi isə fond birjası vasitəsilə həyata keçirilməlidir.2Qiymətli Kağızlar Bazarı haqqında Azərbaycan Respublikasının Qanunu, maddə 6 və 8 Blokçeyndə yaradılan qiymətli kağızın qeydiyyatı proseduru ənənəvi qeydiyyat prosedurlarına, kütləvi təklifi isə ənənəvi fond birjasında təklifə uyğun gəlməyəcək. Çünki blokçeyn texnologiyasından istifadə edilməklə istiqraz yerləşdirildikdə, istiqrazlar barədə bütün əqdlər virtual (elektron) həyata keçirilir. Bu da öz növbəsində ayrıca tənzimlənməlidir. Blokçeynin qiymətli kağızların ticarəti üçün tətbiqi ABŞ-da da, hələ ki, mümkün deyil.3Scott H. Kimpel & Mayme Beth Donohue, World Bank Offers Blockchain Bond (August 13, 2018)
Bond-i barədə daha ətraflı məlumat almaq üçün Dünya Bankının pres-relizinə buradan baxa bilərsiniz.

