Briefly: The Law Blog

Mehran Amirli

Mehran hazırda hüquqşünas kimi çalışır və ixtisaslaşdığı sahələr korporativ, kommersiya, enerji və maliyyə hüququdur. O, Bakı Dövlət Universiteti Hüquq fakültəsindən 2017-ci ildə məzun olmuş və təhsil aldığı dövrdə Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalının Baş Redaktoru olmuşdur. O, həmçinin Philip C. Jessup Beynəlxalq Məhkəmə Müsabiqəsinin Azərbaycan üzrə Administratoru və həmin Müsabiqənin beynəlxalq raundlarının hakimi olub.

33 yazı

Mülki hüquq

Mülki hüquqda “cinayət səhlənkarlığı” və “qəsdən sui-istifadə”?

Ötən ilin ortalarında yenilənmiş dövlət satınalmaları haqqında qanunvericiliyə əsasən Nazirlər Kabineti bir neçə müqavilə formasını təsdiqləyib. Formaları1 gözəyarı nəzərdən keçirəndə məsuliyyətin məhdudlaşdırılması ilə bağlı istifadə olunmuş bu ifadələr xeyli təəccüblü gəldi: “cinayət səhlənkarlığı” və “qəsdən sui-istifadə”. Mülki hüququn nəzəriyyəsindən və...

Mehran Amirli5 sentyabr 2024
Kitablar

Kitab: Məhkəmə Müsabiqəsində Hakimlik Bələdçisi

Bu bələdçi məhkəmə müsabiqələrində hakim olmaq istəyən hüquqşünasları ətraflı məlumatlandırmaq, istifadə edə biləcəkləri praktiki tövsiyələr vermək üçün hazırlanmışdır. Vəsaitdən hakimlərin nəzər nöqtəsini öyrənmək istəyən tələbələr də faydalana bilərlər.  Müəllif: Mehran Əmirli | Səhifə sayı: 40. Bələdçi aşağıdakı versiyalarda mövcuddur, yükləmək...

Mehran Amirli14 noyabr 2023
Beynəlxalq hüquq

Putinin həbsi qərarı: beynəlxalq təcrübə nə deyir?

Beynəlxalq Cinayət Məhkəməsində Rusiya Federasiyasının prezidenti Vladimir Putin və uşaq hüquqları komissarı Maria Lvova-Belova barədə həbs qərarı çıxarılıb. Əsas kimi uşaqların Ukraynanın işğal olunmuş ərazilərindən Rusiyaya hüquqazidd deportasiyası nəticəsində beynəlxalq cinayətin törədilməsi göstərilir (hələlik).  Bununla bağlı beynəlxalq hüquqi rejim hamıya...

Mehran Amirli22 mart 2023
Müqavilə hüququ

Mülki Məcəllədə müqavilələrin elektron bağlanması qaydası aydınlaşdırılır

Mülki Məcəllənin yazılı əqdi tənzimləyən 331-ci maddəsi müqavilələrin elektron qaydada bağlanmasına ümumi olaraq toxunur. Bununla bağlı olan 331.5-ci maddə "elektron ticarət haqqında və elektron sənəd dövriyyəsinə dair" qanunvericiliyə göndəriş etməkdədir. Hazırda Milli Məclisdə baxılmaqda olan qanun layihəsində bu qaydaya düzəliş...

Mehran Amirli22 fevral 2023
Məhkəmə və arbitraj işləri

Ali Məhkəmə işdən çıxarılmış şəxsin vergi reyestrində rəhbər kimi qalması barədə

Ali Məhkəməyə görə şirkət rəhbərinin əmək qanunvericiliyinə əsasən işdən azad edilmiş olması onun vergi qanunvericiliyi üzrə ölkədən çıxışına məhdudiyyət qoyulması üçün əsası aradan qaldırır. Məzmun formadan üstün götürülməklə 10 avqust 2022-ci il tarixli, 2-2(102)-517/2022 saylı iş üzrə qərarda bu nəticəyə...

Mehran Amirli2 sentyabr 2022
Ali Məhkəmə işdən çıxarılmış şəxsin vergi reyestrində rəhbər kimi qalması barədə
Podkastlar

Ep. 9: Hüquqi resepsiya və ya idxal / Nicat Rəsulzadə, Elvin İsayev, Mehran Əmirli

Hüquqi resepsiya başqa yurisdiksiyadan qanun və ya qaydaların idxalı prosesidir. Podkastda ümumiyyətlə resepsiya anlayışı, kütləvi resepsiya həyata keçirmiş ölkələrin nümunələri, Azərbaycanda resepsiya, resepsiya barədə mövcud akademik yanaşmalar, resepsiyadan sonra ortaya çıxan problemlər müzakirə olunur. Sonda problemli resepsiyanın mümkün səbəbləri barədə...

İnzibati hüquq

Davam edən praktiki problem: dövlət orqanının ərizəçidən başqa orqanın sərəncamında olan məlumatları tələb etməsi

Bir dövlət orqanının ərizəçidən başqa dövlət orqanının sərəncamında olan sənəd və ya məlumatları tələb etməsi bir neçə ildir qanunla qadağan olunsa da, bu problemlə hələ də rastlaşılır. Məsələn, Miqrasiya Məcəlləsinin 65-ci maddəsinə görə görə əcnəbilərə iş icazəsinin alınması üçün işəgötürən...

Mehran Amirli8 may 2022
Podkastlar

Ep. 7: Sürətli pul köçürmə sistemləri, virtual aktivlər və maliyyə monitorinqi / Əmrah Rəhmanov

Çirkli pulların yuyulmasına qarşı mübarizə barədə növbəti podkastda qonağımız Maliyyə Monitorinqi Xidmətinin hüquqşünası Əmrah Rəhmanovdur. Qonağımızla ÇPY üzrə müasir dövrdə əsasən hansı problemlərin ortaya çıxması (00:44), maliyyə monitorinqi aspektindən istifadəsi genişlənən sürətli pul köçürmə sistemləri (01:50), virtual aktivlərin çirkli pulların...

Mehran Amirli8 may 2022