Briefly: The Law Blog

Ep. 9: Hüquqi resepsiya və ya idxal / Nicat Rəsulzadə, Elvin İsayev, Mehran Əmirli

Hüquqi resepsiya başqa yurisdiksiyadan qanun və ya qaydaların idxalı prosesidir. Podkastda ümumiyyətlə resepsiya anlayışı, kütləvi resepsiya həyata keçirmiş ölkələrin nümunələri, Azərbaycanda resepsiya, resepsiya barədə mövcud akademik yanaşmalar, resepsiyadan sonra ortaya çıxan problemlər müzakirə olunur. Sonda problemli resepsiyanın mümkün səbəbləri barədə də söhbət aparılır.

Podkastı aşağıdakı platformalardan və ya player vasitəsilə dinləyə bilərsiniz (podkastın adı – LawBlog.az):


Ep. 9 RSS Apple Podcasts Google Podcasts

Nicat Rəsulzadə

Nicat Bakı Dövlət Universiteti Hüquq fakültəsindən 2019-cu ildə məzun olmuş və təhsil aldığı dövrdə Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalının Redaktoru olmuşdur. 2022-ci ildə Martin Lüter adına Halle-Vittenberq Universitetindən magistr dərəcəsini alaraq hazırda beynəlxalq mülki proses sahəsində doktorantura pilləsində təhsilinə davam edir.

Müəllifin bütün yazıları (23) →

Elvin Isayev

Elvin hazırda Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi və Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədridir. O, həmçinin BDU Tələbə Hüquq Jurnalının 5-ci Buraxılışının Baş Redaktoru olmuşdur.

Müəllifin bütün yazıları (3) →

Mehran Amirli

Mehran hazırda hüquqşünas kimi çalışır və ixtisaslaşdığı sahələr korporativ, kommersiya, enerji və maliyyə hüququdur. O, Bakı Dövlət Universiteti Hüquq fakültəsindən 2017-ci ildə məzun olmuş və təhsil aldığı dövrdə Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalının Baş Redaktoru olmuşdur. O, həmçinin Philip C. Jessup Beynəlxalq Məhkəmə Müsabiqəsinin Azərbaycan üzrə Administratoru və həmin Müsabiqənin beynəlxalq raundlarının hakimi olub.

Müəllifin bütün yazıları (33) →