Kitab: Məhkəmə Müsabiqəsində Hakimlik Bələdçisi

Bu bələdçi məhkəmə müsabiqələrində hakim olmaq istəyən hüquqşünasları ətraflı məlumatlandırmaq, istifadə edə biləcəkləri praktiki tövsiyələr vermək üçün hazırlanmışdır. Vəsaitdən hakimlərin nəzər nöqtəsini öyrənmək istəyən tələbələr də faydalana bilərlər. 

Müəllif: Mehran Əmirli | Səhifə sayı: 40.

Bələdçi aşağıdakı versiyalarda mövcuddur, yükləmək üçün istədiyiniz versiyanı seçin:


Bölmələr:

  1. 1. Müsabiqə işi
  2. 2. Yazılı təqdimatlar
    1. 2.1 Məqsəd
    2. 2.2 Hakimin hazırlığı və təhlili
    3. 2.3 Qiymətləndirmə meyarları
    4. 2.4 Qiymətləndirmə aralığı
    5. 2.5 Rəy və təkliflər
  3. 3. Şifahi raundlarda suallar və kommunikasiya
    1. 3.1 Şifahilər haqqında qısaca
    2. 3.2 Sualların əhəmiyyəti
    3. 3.3 Suaların bəzi növləri
    4. 3.4 Effektiv sual soruşma
    5. 3.5 Aktiv dinləmə
    6. 3.6 Qeyri-şifahi kommunikasiya
  4. 4. Şifahi raundlarda qiymətləndirmə
    1. 4.1 Qiymətləndirməyə ümumi baxış
    2. 4.2 Qiymətləndirmə meyarları
    3. 4.3 Qiymətləndirmə aralığı
    4. 4.4 Rəy və təkliflər
  5. 5. Peşəkar etika
    1. 5.1 Peşəkar etika haqqında
    2. 5.2 Hakimlikdə tərəfsizlik
    3. 5.3 Məxfilik
    4. 5.4 Peşəkar davranış

Bələdçinin giriş hissəsi:

Bu bələdçi məhkəmə müsabiqələrində hakim olmaq istəyən hüquqşünasları ətraflı məlumatlandırmaq, istifadə edə biləcəkləri praktiki tövsiyələr vermək üçün hazırlanmışdır. Vəsaitdən hakimlərin nəzər nöqtəsini öyrənmək istəyən tələbələr də faydalana bilərlər. 

Məhkəmə müsabiqələri ilə bağlı təcrübəm 2016-cı ildə Topçubaşov Məhkəmə Müsabiqəsində baş koordinatorluqla başlayıb. 2017-ci ildə Jessup beynəlxalq məhkəmə müsabiqəsində iştirak etdikdən sonra bu müsabiqənin həm müxtəlif  milli raundlarında (ABŞ, Gürcüstan, Türkiyə), həm də Vaşinqtonda keçirilən beynəlxalq raundlarında hakim kimi iştirak etmişəm. Son illərdə müsabiqənin yerli seçimlərini də təşkil etmişəm. Eyni zamanda Topçubaşov Məhkəmə Müsabiqəsində hakimlik təcrübəm olub. Bu bələdçi də şəxsi təcrübəmdən nümunələr əsasında hazırladığım praktiki tövsiyələr toplusudur.

Hər məhkəmə prosesinin təqlidi məhkəmə müsabiqəsi deyil. “Məhkəmə müsabiqəsi” ingilis dilindəki “moot court competition” ifadəsinin qarşılığıdır. Burada məsələ faktların müəyyən edilməsi deyil, hüququn müəyyən edilməsi və tətbiqidir. Qısaca, məhkəmə müsabiqəsi yuxarı instansiya məhkəməsi formatındadır (məsələn, Ali Məhkəmə). Məhkəmə müsabiqəsinə paralel anlayış olan “mock trial”da isə format aşağı instansiya məhkəməsini nümunə götürür. Burada daha çox prosessual məqamlar, faktlar, şahid, təqsirləndirilən şəxs kimi rol alma, onları dindirmə, teatral canfəşanlıq kimi xüsuslar önə çıxır. 

Məhkəmə müsabiqələri hüquq tələbələri üçün hüquqi müdafiə və vəkillik bacarıqlarını inkişaf etdirmək və pratiki məhkəmə təcrübəsi əldə etmək üçün mühüm platforma rolunu oynayır. Tələbələr komanda kimi bir neçə ay ərzində müsabiqə işini araşdıraraq təqdim olunmuş hüquqi suallarla bağlı yazılı təqdimatlarını hazırlayır, araşdırma və hüquqi təhlil əsasında formalaşdırdıqları arqumentlərini şifahi raundlarda hakimlər qarşısında müdafiə edirlər.

Bələdçi beş hissədən ibarətdir. İlk hissədə qısaca müsabiqə işinin mahiyyətindən danışılır.

İkinci hissə yazılı təqdimatları nəzərdən keçirir, onların məqsədini, strukturunu, qiymətləndirmə meyarlarını və prosesini izah edir. Yazılarda irəli sürülən arqumentlərin təhlili, qiymətləndirmə aparılması və iştirakçıların özünü inkişaf etdirməsi üçün konstruktiv rəy və təkliflər verməklə bağlı tövsiyələr verilir.

Üçüncü hissədə şifahi raundlar zamanı sualların və kommunikasiyanın əhəmiyyətinə toxunulur. Hakimlərin verə biləcəyi müxtəlif sual növlərindən, effektiv sual vermə üsullarından və aktiv dinləmə bacarıqlarından ətraflı bəhs edilir. İştirakı təşviq edən və pozitiv məhkəmə atmosferi yaratmaqda mühüm rol oynayan qeyri-şifahi kommunikasiya barədə də məlumat verilir. 

Dördüncü hissənin mövzusu şifahi raundların qiymətləndirilməsidir. Burada qiymətləndirmə prosesindən, meyarlarından və balların verilməsindən söhbət açılır. O cümlədən, iştirakçılara müdafiə bacarıqlarını təkmilləşdirməyə kömək etmək üçün ətraflı rəy və təkliflər verməklə bağlı tövsiyələr də burada yer alır.

Beşinci və sonuncu hissədə peşəkar etika və davranışın vacibliyinə toxunulur. Ədalətli müsabiqə mühitini təmin etmək üçün hakimlərin tərəfsizlik, məxfilik və peşəkarlığa riayət etməsi ilə bağlı qeydlər yer alır.

Hüquq tələbələrimizin yerli və beynəlxalq məhkəmə müsabiqələrində iştirakı artmaqdadır. Onların müsabiqələrdən ən yaxşı şəkildə faydalanmasına hüquqşünasların keyfiyyətli hakimliklə dəstək olmaları olduqca mühümdür. Hüquq tələbələrinin bu müsabiqələrdən yaxşı təcrübə əldə etməsinin, hüquqi yazı, təhlil, müdafiə bacarıqlarını inkişaf etdirməsinin daha yaxşı gələcək vəd etdiyinə inanır, belə bir mühüm məqsəd üçün bu vəsaitin hüquq ictimaiyyətimizə faydalı olacağına ümid edirəm.

Lüğət indeksinə qayıt

 


Dəyişiklik təklifiniz var?

[contact-form-7 404 "Not Found"]