Hüquq və texnologiya
Dövlət Proqramı ilə Azərbaycanda blokçeynin tətbiqi rəsmiləşdirilir - bəzi qeydlər
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” təsdiq olunub (26 sentyabr 2018). Proqram müasir dövrün çağırışlarına cavab verməsi ilə diqqət çəkir. Son illərin inqilabi texnoloji yeniliklərindən olan blokçeyndən (blockchain) istifadənin dövlət səviyyəsində...
