Həqiqətin müəyyən edilməsini məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biridir. Həqiqətin müəyyənləşdirilməsi prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər var, sübutetmə ilə bağlı problemlər, vaxt məhdudiyyəti, prosessual qənaət prinsipinə riəyyət, sübutetmə vəzifəsinin bölüşdürülməsi və sairlərini aid etmək olar. Eyni zamanda, həqiqətə uyğun olan faktlar müəyyən olunmadıqda hüququn fundamental məqsədlərinə nail olunmur.
Son dövrlərdə prosessual hüquqda sübutetmə standartı anlayışının geniş şəkildə istifadə olunması Azərbaycan mülki prosessual təcrübəsində də öz əksini tapmışdır. Əlavədəki məqaləmdə məhz əsas etibarilə sübutetmə standartı barədə, məhkəmənin həqiqətin müəyyən edilməsində rolu, obyektiv sübutetmə standartında zəruriyyət, Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsində sübutetmə standartının Azərbaycan prosessual hüququna təsiri məsələləri barədə fikirlər irəli sürmüşəm.
Məqaləni yazı üzərində klikləyərək yükləyə bilərsiniz. Həqiqət və Hüquq. Mülki hüquqda formal həqqət prinsipi