Rusiya Ali Məhkəməsi ötən ay bir hüquqşünasın aşağı instansiya məhkəməsinin qərarından verdiyi şikayət üzrə qərar verib. Şikayətçi başqa bir nəfərlə birgə fiziki şəxsə hüquq xidmətləri göstərilməsi barədə müqavilə imzalamış və xidmətlər göstərmişdir. Müqaviləyə görə xidmətlərin dəyəri 100000 Rusiya rublu olmuşdur. Xidmətlər göstərilsə də, borclu xidmətlərin dəyərini ödəməkdən imtina edir və sonda mübahisə məhkəməyə gəlib çıxır.
Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək yalnız 10000 rublun ödənilməsinə qərar verir. İddiaçı hüquqşünas qərardan növbəti instansiyaya şikayət versə də, ikinci instansiya da yalnız 30000 rublun ödənilməsi barədə qərar verir. Hər iki instansiya məhkəməsi hüquqşünasın fəaliyyət göstərdiyi ərazidəki analoji xidmətlərin dəyərinə əsaslanaraq xidmət haqqının azaldılması qənaətinə gəlmişdir.
Lakin Ali Məhkəmə sonda xidmət haqqının tam ödənilməsi ilə bağlı qərar vermişdir. Bu qərarı əsaslandırarkən isə Ali Məhkəmə müştərinin müqaviləni könüllü imzalamasına istinad etmişdir. Ali Məhkəmə həm də bildirmişdir ki, aşağı instansiya məhkəmələrinin analoji qiymətlərə əsaslanıb xidmət haqqını azaltmasının əsası yoxdur.
Qərarla bu linkdən tanış ola bilərsiniz.