Hüquq praktikası
Bir müddətdir ki, Ali Məhkəmə Amicus Curiae (və ya amici curiae) institutunu tətbiq etməyə başlayıb. Hüquq toplumu isə bu yeniliyi sanki əvvəllər də varmış kimi, adi qarşıladı. Axtarışlara baxmayaraq bu mövzuda təfərrüatlı müzakirələr tapmaqda çətinlik çəkdim. Dünyada isə bu anlayışla...
Hüquq praktikası
Qətnamələrin oxunuşu zamanı xüsusi maraq oyadan məsələ onların hüquqi olaraq əsaslandırılmasıdır. Əksər hallarda məhkəmələr normaların qeyd edilməsi, onların məcəllələrdə və ya qanunlarda olduğu kimi məhkəmə qərarının mətninə əlavə edilməsi ilə kifayətlənirlər. Qətnamənin mətnindən niyə məhz həmin maddələrin tətbiq edilməsinin, yaxud...
Hüquqi təhlil
Hüquq təhsilinin və praktikasının əsasında duran, gündəlik qarşılaşılan, buna baxmayaraq tam cavablandırılmayan suallardan biri də hər hansı hüquqi münasibət zamanı həmin münasibətin xüsusi yaxud ümumi hüquqa aid olmasıdır. Səbəb isə ondan ibarətdir ki, sahələr arasında sərhədin müəyyənləşdirilməsi üçün hüquq elmində...
Beynəlxalq hüquq
Sülhməramlıların tətbiqinin beynəlxalq hüquqda özünə yer etməsi prosesi 1956-cı ildə Süveyş böhranına edilən müdaxilədən bəri fərqli meyarlardan asılı şəkildə davam etmişdir. Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinin 51-ci maddəsində dövlətlərin fərdi və ya kollektiv özünümüdafiə hüququ nəzərdə tutulmuşdur. Geniş qəbul edilən yanaşmaya...
Beynəlxalq xüsusi hüquq
03 aprel 2020-ci il tarixində Almaniya Federativ Respublikası (bundan sonra “Almaniya”) ilə Azərbaycan Respublikası (bundan sonra “Azərbaycan”) arasında məhkəmə qətnamələrinin qarşılıqlı tanınması və icrası ilə bağlı önəmli qərardad qəbul olunmuşdur. Belə ki, Bremen Əyalət Məhkəməsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin...