Beynəlxalq hüquq
Son aylarda Azərbaycan Respublikasının xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərinə bir neçə hücum təşkil olunmuşdur.1 Statistikaya görə hər ay ən azı bir səfirliyə hücum edilir.2 Bəs diplomatik nümayəndəliklərə hücum edilməsi beynəlxalq hüquqda hansı hüquqi nəticələr yaradır? Azərbaycanın nümayəndəliklərinə hücumun mümkün hüquqi...
Hüquq praktikası
Qətnamələrin oxunuşu zamanı xüsusi maraq oyadan məsələ onların hüquqi olaraq əsaslandırılmasıdır. Əksər hallarda məhkəmələr normaların qeyd edilməsi, onların məcəllələrdə və ya qanunlarda olduğu kimi məhkəmə qərarının mətninə əlavə edilməsi ilə kifayətlənirlər. Qətnamənin mətnindən niyə məhz həmin maddələrin tətbiq edilməsinin, yaxud...
Məhkəmə və arbitraj işləri
Ali Məhkəməyə görə şirkət rəhbərinin əmək qanunvericiliyinə əsasən işdən azad edilmiş olması onun vergi qanunvericiliyi üzrə ölkədən çıxışına məhdudiyyət qoyulması üçün əsası aradan qaldırır. Məzmun formadan üstün götürülməklə 10 avqust 2022-ci il tarixli, 2-2(102)-517/2022 saylı iş üzrə qərarda bu nəticəyə...
Bank hüququ
Onlayn ödənişlərin artım dalğası davam edərkən ödənişlərin təhlükəsizliyi barədə müzakirələr daha da aktuallaşır. Son illərdə isə xüsusilə müxtəlif cihazlarda və veb platformalarda ödənişlərdən istifadə durmadan artır. Sürətlə genişləndiyi qədər kənar müdaxilələrə də həssas olan bu sahə ödəniş edənlərin təhlükəsizliyi və...
Məhkəmə və arbitraj işləri
Təqribən üç il əvvəl Nihat Hüseynov “Süni intellekt patent sahibi kimi tanına bilərmi?” başlıqlı yazısında süni intellekti ixtiraçı kimi tanıtdırma cəhdi barədə məlumat vermişdi: Dabus adlı süni intellektin özü amerikalı mühəndis Stephen Thaler tərəfindən ixtira olunub. Dabus-un ixtira etdiyi fraktal...
Hüquqi təhlil
Hüquq təhsilinin və praktikasının əsasında duran, gündəlik qarşılaşılan, buna baxmayaraq tam cavablandırılmayan suallardan biri də hər hansı hüquqi münasibət zamanı həmin münasibətin xüsusi yaxud ümumi hüquqa aid olmasıdır. Səbəb isə ondan ibarətdir ki, sahələr arasında sərhədin müəyyənləşdirilməsi üçün hüquq elmində...
Podkastlar
Hüquqi resepsiya başqa yurisdiksiyadan qanun və ya qaydaların idxalı prosesidir. Podkastda ümumiyyətlə resepsiya anlayışı, kütləvi resepsiya həyata keçirmiş ölkələrin nümunələri, Azərbaycanda resepsiya, resepsiya barədə mövcud akademik yanaşmalar, resepsiyadan sonra ortaya çıxan problemlər müzakirə olunur. Sonda problemli resepsiyanın mümkün səbəbləri barədə...
Podkastlar
Podkastda bloqun redaktorları Nicat Rəsulzadə və Nihat Hüseynov Astana Beynəlxalq Maliyyə Mərkəzinin nəzdində fəaliyyət göstərən məhkəmənin fəaliyyəti barədə müzakirə aparır. Məhkəmənin yaranma tarixi və səbəbləri (1:30), onun ümumi məhkəmə sistemindəki yeri (7:21), həmin məhkəmə tərəfindən qəbul edilən qərarların tanınıb icra...
İnzibati hüquq
Bir dövlət orqanının ərizəçidən başqa dövlət orqanının sərəncamında olan sənəd və ya məlumatları tələb etməsi bir neçə ildir qanunla qadağan olunsa da, bu problemlə hələ də rastlaşılır. Məsələn, Miqrasiya Məcəlləsinin 65-ci maddəsinə görə görə əcnəbilərə iş icazəsinin alınması üçün işəgötürən...
Podkastlar
Çirkli pulların yuyulmasına qarşı mübarizə barədə növbəti podkastda qonağımız Maliyyə Monitorinqi Xidmətinin hüquqşünası Əmrah Rəhmanovdur. Qonağımızla ÇPY üzrə müasir dövrdə əsasən hansı problemlərin ortaya çıxması (00:44), maliyyə monitorinqi aspektindən istifadəsi genişlənən sürətli pul köçürmə sistemləri (01:50), virtual aktivlərin çirkli pulların...