Hüquqi təhlil
Mülkiyyət hüququ hər kəsin həyatının mərkəzində duran amillərdəndir. Mülkiyyətin əhəmiyyəti o qədər yüksəkdir ki, Konstitusiyada iki fərqli maddədə (maddə 13 və 29) bu hüquqa yer verilmişdir. Bunların arasında yaşayış sahəsinə mülkiyyət hüququ xüsusi rol oynayır və əksər hallarda ailənin və...
Beynəlxalq hüquq
30 may 2025-ci ildə Honkonq şəhərində Beynəlxalq Mediasiya Təşkilatının (bundan sonra “IOMed”) yaradılması haqqında Konvensiyanın imza tədbiri keçirilmişdir. Tədbirdə Çinin Xarici işlər naziri, 85 ölkədən 400 nəfərə yaxın yuxarı səviyyəli qonaqlar (İsveçrə, Pakistan, Nikaraqua, Zimbabve, habelə BMT) iştirak etmişdir. 33...
Hüquqi düşüncə
Bu yazının ilk hissəsində hüquq sistemi və təhsilinin sovet sistemindən müasir sistemə keçidi, ikinci hissədə onun səbəb olduğu magistr axımı müzakirə edilmişdir. Bu son hissədə isə qeyd olunan problemli məqamların aradan qaldırılması üçün müxtəlif çıxış yolları müzakirə ediləcəkdir. Qarşımızdakı vəziyyət nə...
Hüquqi düşüncə
Bir öncəki hissədə mövcud hüquq sisteminin hansı formada yaranmasının tarixinə qısa səyahət edilərək mövcud hüquq təhsili modeli müzakirə edilib. Hazırkı hissədə onun səbəb olduğu digər məqamlar, xüsusilə magistr təhsili müzakirə edilir. Magistr dərəcəsi ilkin elmi dərəcə olmaqla bir sahədə ixtisaslaşma...
Hüquqi düşüncə
Bir gün Nihad Hüseynovla Azərbaycan hüquq sistemi haqqında etdiyimiz müzakirə yadıma düşdü. Qızğın söhbətimiz ərzində sistemin vəziyyətinin heç də ürəkaçan olmadığı barədə təxminən 3 saat danışdıq. İllər ərzində hüquq professorlarından tutmuş peşəkar hüquqşünaslara və tələbələrə qədər apardığım müzakirələr və oxuduğum...
Hüquq praktikası
Bir müddətdir ki, Ali Məhkəmə Amicus Curiae (və ya amici curiae) institutunu tətbiq etməyə başlayıb. Hüquq toplumu isə bu yeniliyi sanki əvvəllər də varmış kimi, adi qarşıladı. Axtarışlara baxmayaraq bu mövzuda təfərrüatlı müzakirələr tapmaqda çətinlik çəkdim. Dünyada isə bu anlayışla...
Hüquq praktikası
Qətnamələrin oxunuşu zamanı xüsusi maraq oyadan məsələ onların hüquqi olaraq əsaslandırılmasıdır. Əksər hallarda məhkəmələr normaların qeyd edilməsi, onların məcəllələrdə və ya qanunlarda olduğu kimi məhkəmə qərarının mətninə əlavə edilməsi ilə kifayətlənirlər. Qətnamənin mətnindən niyə məhz həmin maddələrin tətbiq edilməsinin, yaxud...
Hüquqi təhlil
Hüquq təhsilinin və praktikasının əsasında duran, gündəlik qarşılaşılan, buna baxmayaraq tam cavablandırılmayan suallardan biri də hər hansı hüquqi münasibət zamanı həmin münasibətin xüsusi yaxud ümumi hüquqa aid olmasıdır. Səbəb isə ondan ibarətdir ki, sahələr arasında sərhədin müəyyənləşdirilməsi üçün hüquq elmində...
Hüquqi təhlil
Müəllifin qeydi: Bu yazı Gənc Hüquqşünaslar Şəbəkəsi qrupunun təşkil etdiyi onlayn forumda edilmiş çıxış üzərində inkişaf etdirilib.
Beynəlxalq hüquq
Sülhməramlıların tətbiqinin beynəlxalq hüquqda özünə yer etməsi prosesi 1956-cı ildə Süveyş böhranına edilən müdaxilədən bəri fərqli meyarlardan asılı şəkildə davam etmişdir. Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinin 51-ci maddəsində dövlətlərin fərdi və ya kollektiv özünümüdafiə hüququ nəzərdə tutulmuşdur. Geniş qəbul edilən yanaşmaya...