Boeing 737 Max təyyarəsi ilə həyata keçirilmiş 610 saylı Lion Air uçuşu qəzasında 189 nəfər, 302 saylı Ethiopian Airlines uçuşu qəzasında isə 157 nəfər vəfat etmişdi. İndi Air Canada, Norwegian Air, Lion Air, Jet Airways kimi beynəlxalq hava yolu şirkətlərinin pilotları Boieng-ə qarşı birgə iddia qaldırıb.

Pilotlar hesab edir ki, 737 Max-ın avtomatlaşdırılmış idarəetməsindəki problemlər səbəbindən onların 737 Max üçün sərf etməli olduqları vaxt onlara dəymiş zərərdir. Boeing ABŞ Federal Aviasiya Administrasiyasını 737 Max yoxlanışları ilə bağlı aldatdığını bilə-bilə pilotları 737 Max proqramının uzun müddətli olmasına inandırmışdır.

Boeing isə hesab edir ki, pilotların tələb etdiyi məsuliyyətlə 737 Max problemləri arasındakı səbəbli əlaqə çoxzəncirli və uzundur. Bu modeldən isitfadənin dayandırılması hüquqda müəyyən edilmiş “yaxın əlaqə” məqsədlərinə zidd olar və delikt məsuliyyətinin sərhədlərini həddən artıq genişlədər. Bundan əlavə, iddiaçıların nəzəriyyəsi qəbul olunarsa, bu, məhsul tənzimləyici və digər səbəbdən bazardan geri çəkildiyi halda məhsul istehsalçılarını alıcı şirkət işçilərinin maaşlarının təminatçısına çevirər.

Bu iş digər məhsullarını məcburən bazardan geri çəkən istehsalçıların məsuliyyət məsələləri baxımından da maraqlıdır.

İşə ABŞ İllinoys Mahal Məhkəməsində baxılır. İlkin nəticə məlum olduqda paylaşmağa çalışacağıq.

Mehran Amirli

Author Mehran Amirli

Mehran hazırda hüquqşünas kimi çalışır və ixtisaslaşdığı sahələr korporativ, kommersiya, enerji və maliyyə hüququdur. O, Bakı Dövlət Universiteti Hüquq fakültəsindən 2017-ci ildə məzun olmuş və təhsil aldığı dövrdə Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalının Baş Redaktoru olmuşdur. O, həmçinin Philip C. Jessup Beynəlxalq Məhkəmə Müsabiqəsinin Azərbaycan üzrə Administratoru və həmin Müsabiqənin beynəlxalq raundlarının hakimidir.

More posts by Mehran Amirli